Rayonumuzun müalicə əhəmiyyətli bitkiləri
Qızılçətir otu
Dəmro
otu
Gülm bahar çiçəkləri Damotu
Andız kökü Əvəlik
Gəndəlaş çiçəyi
Əzgil
qabığı
(Qara) yemişan meyvəsi Qaraqınıq otu
(Qırmızı) yemişan meyvəsi Dəvədabanı yarpağı
Sumaq
Adi dazıotu
Çaytikanı meyvəsi
Boymadərən otu
Zirə(cirə)
Cökə çiçəkləri
Kəklik otu
İtburnu meyvəsi
Çilədağ
Qatır quyruğu
Ziric-meyvəsi
Dazıotu
Təşnə otu (həvə-güvə) kökü Çoban yastığı
Yarpız
Quş qırxbuğumu otu
Əzgil qabığı
Rəziyənə
Bənövşə köklü otu Sürvə otu
Ayrıq kökü Biyan kökü
Zirinc
Zirinc (lat. Berberis) – zirinckimilər (Berberidaceae) fəsiləsindən bitki cinsi. Azərbaycanda yabanı halda 3 növ zirinc yayılmışdır. Birincidən – adi zirincdən – Berberis Vulgaris-dən təbabətdə istifadə edilir.
Zirinc (lat. Berberis) – zirinckimilər (Berberidaceae) fəsiləsindən bitki cinsi. Azərbaycanda yabanı halda 3 növ zirinc yayılmışdır. Birincidən – adi zirincdən – Berberis Vulgaris-dən təbabətdə istifadə edilir.
Adi zirinc 2 – 3 m hündürlükdə olub, qol – budaqlı kol bitkisidir. Cavan budaqları sarı – qonur rəngdədir, yarpaqları incədir, ellips və ya yumurtavarı lanset formadadır, kənarı kiprikvarı mişar şəklindədir. Hamaşıq çiçəkləri salxım formasındadır. Meyvəsi şirəlidir, yetişəndə parlaq qırmızı, bəzən isə sarı – qırmız rəng alır. Dadı turşdur, iki toxumludur. Bitki aprel – may aylarında çiçək açır, meyvələri sentyabr – oktyabırda yetişir.
Adi zirinc Azərbaycaının əksər rayonlarında – ovalıqdan başlayaraq orta dağ qurşağına qədər yayılmışdır. Bu bitkiyə daha çox meşəliklərdə, meşə açıqlıqlarında, çay vadinlərində, kolluqlarda rast gəlinir.
Azərbaycanda adi zirincin sənaye əhəmiyyətli ehtiyatı vardır. Dərman məqsədilə adi zirincin yarpaqlarından, köklərindən, gövdə və budaqlarının qabıqlarından, meyvələrindən istifadə olunur. Yarpaqları bitki çiçəkləyən dövrdə, köklərini payızda, qabıqları yazın ilk ayında, meyvələri isə tam yetişəndə [sentyabr – oktyabr aylarında] toplayıb, açıq quru havada qurudur və quru, havası dəyişilən binalarda saxlayırlar. Meyvələrini xüsusi quruducuda və ya peç üzərində qurudurlar.
Zirincin göstərdiyimiz bütün hissələrində [yetişmiş meyvəsindən başqa] protoberberin təbiətli alkoloidlər müəyyən edilmişdir. Bunlardan ən mühümü berberindir. Bundan başqa, tərkibində palmatin, yatrorisin, kolumbamin də vardır.
Göstərilənlərdən başqa, zirincin tərkibində besbenzili zoxinolin törəmələri alkoloidlər də [oksiakantin və berbamin] tapılmışdır. Zirincin köklərində 1,5 %-ə qədər berberin alkaloidi vardır. Qabıqlarında 0,4 – 0,5 % berberin, 1,5 % aşı maddəsi, 1,2 % qətran, 38,6 mq % C vitamini olur. Yarpaqlarında 0,18 – 0,2 % berberin alkoloidi, 2,1 – 2,55 % pirokatexin təbiətli aşı maddə, 5,2 % qətran, 2,78 % üzvi turşular [alma, limon turşuları] 58,2 – 101 mq % C vitamini müəyyən edilmişdir. Meyvələrində üzvi turşular, şəkər, pektin maddələri, karotinoidlər vardır.
Elmi təbabətdə adi zirincin yarpaqlarından 1:10 nisbətində sulu dəmləmə, 1:5 nisbətində tinktura və 1:1 nisbətində duru spirtli ekstrakt formada daxili qanaxmalarda [uşaqlıq qanaxmalarında] qankəsici dərman kimi işlədilir. Spirtli cövhərindən [tinkturasından] sidik kisəsinin və qaraciyərin iltihabında işlədilir.
Adi zirincin köklərindən alınan berberin alkoloidindən sulfat duzu şəklində [Berberinum sulfas], tablet formada preparat hazırlanır və ondan öd yollarının xəstəliklərinə qarşı öd qovucu dərman kimi işlədilir. Bu məqsədlə hər tabletdə 0,005 q berberin olan berberin-sulfat preparatından gündə 3 dəfə, hər dəfədə 1 tablet 10 gün müddətində qəbul edilir.
Zirinc yarpağından "öd qovucu çayın" tərkibində də verilir. Öd qovucu çayın tərkibi belədir: 1 hissə quru zirinc yarpağı, 4 hissə solmazçiçək [quru çiçək], 3 hissə meniant yarpağı [üç yarpaq], 2 hissə nanə yarpağı, 1 hissə keşniş meyvəsi.
Göstərilənləri bir – birilə qarışdırıb kobud poroşok halına salandan sonra bu qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda 10 dəqiqə dəmləyir, soyuyana kimi sakit yerdə saxlanılır. Sonra süzüb gündə 3 dəfə, hər dəfə yarım stəkan yeməkdən 15 – 20 dəqiqə əvvəl içirlər.
Berberin alkoloidindən leyşmaniozun müalicəsində işlədilir. Zirincin meyvələri də çox faydalıdır. Meyvələri C vitamini ilə çox zəngindir. C vitaminindən başqa tərkibində limon və alma turşuları, piroqallol təbiətli aşı maddələr, flavonoidlər, pektin və şəkərli maddələr və s. vardır.
Xalq təbabətində zirinc meyvələrindən həm təzə – təzə dərilmiş, həm də qurudulmuş halda sinqa, raxit, qan azlığı isitmə [malyariya], eləcə də mədə – bağırsaq xəstəliklərində çox qədimdən mürəbbə, şərbət, firni hazırlanır. Quru meyvələrdən isə çay kimi dəmləyib istifadə edirlər.
Gicitkən
Gicitkənin
hündürlüyü 60-100sm-ə çatan bir gicitkən növünün kök, gövdə, yarpaq və çiçəyindən mineral duzlar, dəmir,
silsium turşusu, aşlayıcı maddə, vitamin, gicitkən zəjəri və s. Alırlar. Bu
bitkinin ekstratından sidik qovucu preparat, öskürəyin və rematizmanın
qarşısını alan maddə hazırlanır. Gicitkən zəhəri əzələlərdə olan ağrının
qarşısını alır, qan dövranını yaxşılaşdırır. Gicitkən cövhəri həm də saçın uzanması
üçün faydalıdır
Çoban yastığı gülü yorğunluq, əsəb ağrıları
və baş ağrısı üçün faydalıdır. Bunun üçün 1 xörək qaşığı quru çoban yastığı gülünü
100 qr qaynadılmış suda 1 saat dəmə qoyub sonra onun şirəsini çəkib bir azca
şirin edir və işlədirlər. Onun yağını isə əsəbdən ağrayan yerlərə sürtmək məsləhətdir.
Çilədağ
Sumaq-Sumach
Azərbaycanda yabanı 1 növü var.
Bundan əlavə bağlarda və parklarda cürbəcür növü bitir. Kol
bitkisidir. 2-3 m hndürlükdədir. Yarpaqları növbəli düzülüşə malikdir. Gülləri xırda yaşılımtıl, ağ rəngdə olur.
Azərbaycanda Böyük və Kiçik Qafqazın ətəklərində, Qobustanda və Talışıın orta dağlıq hissəsində bitir. Əsas tərkibi vitamin C, tetrasaxarid,
alma turşusu, mirçitrik və vitamin hazırlanan preparatlar, xüsusilə yağlı sprit ekstraktı qanda şəkərin miqdarını azaldır. Şəkər diabedi olan xəstələrdə aparılan təcrübələr göstərir ki, sumaq qandakı şəkər tamizləyir. Xalq təbabətində yatışmş sumaqdan və yarpaqlarından ishal və dizinteriyanın müalicəsi zamanı istifadə olunur. İştaha açıcı ədviyyatdır.
İtburnu
Gülçiçəklilər fəsiləsindən bitki cinsi.
Bu
cinsin 300 növündən Azərbaycanda
42 növ itburnu rast gəlinir ki, bunların 36-ı yabanıdır. Səənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qırışıq itburnulardır
Qəhvəyi itburnu kol halında 2m-ə qədər hündürlükdə bitir. 20-25 il ömrü olur. Hər koldan 1-3 kq, 1 hektardan
isə 700-1000 kq meyvə verir. C vitamininin miqdarında
(5-75%, bzən 14%)
görə 1-ci yer tutur. Qırışıq
itburnu qəhvəyi itburnuya nisbətən Azərbaycanda azdır. Lakin bunun məhsuldarlığı daha yüksədir. Hər koldan 3-4 kq, 1 hektardan
isə 3 tona qədər məhsul yığılır. Meyvəsi 6-16qr-dır. İtburnu
may-iyunda çiçəkləyir.
Çiçəkləri açıq və tünd çəhrayı rəngdə olmaqla ətirlidir. Meyvəsi avqust- sentyabrda yetişir.
Vitamin C yetişmə müddətində artır. Ona görə də yetişmiş meyvələr dərilməlidir. Şaxtalar düşənədək itburnu yığılmalıdır.Çünki şaxta
vurduqda C vitamini azalır.
Yığılmış
meyvələr 5sm qalınlığında sərilir və 2 gündən çox olmayaraq saxlanılır.
Sonra zədəli və kal meyvələr seçilir. 80-1000S temperaturda
qurudulur və yenidən xarab olmuşlar təmizlənir.Beləliklə, əldə edilmiş quru itburnu müvafiq şəraitdə 2 ilə qədər saxlanıla bilər.
İtburnuda
C vitamini birinci dəfə
1931-ci ildə tapılmışdır.
Lakin bundan çox əvvəl
Rusiyada itburnu dişlərin dibindən qan axmaya, yəni C avitaminoza qarşı tətbiq edilirdi. İtburnu əbəs yerə vitamin daxili adlandırılmamışdır.
Onun tərkibində C vitamini ilə yanaşı 48-50mkq%B1, 30-73
mkq% B2, 1,5-9,7 % P, 0,1 mq% k, 0,69-2,4mq% E (toxum yağında 300 mq%),
5-20,7mq % karotin (provitamin A) və 0,1-0,19mq%Bc vitamini (fol/turşusu) vardır. Vitaminlərdən başqa itburnuda 18%-ə qədər şəkər, 3,7% pektinli maddə, 1,25-2,5% üzvi turşu (alma
turşusuna görə),
4,2% pentozanlar, rəngləyici
maddələr və 4.5% mineral maddələr vardır.
Ev şəraitində itburnu dəmləmək üçün bir xörək qaşığı itburnu (20qr) bir stəkan su ilə şüşə və ya emallı ağzı örtük qabda 10
dəq qaynadrlar. Ağzını açmadan
bir sutka saxlayıb, sonra ikiqat tənzifdən süzür
və gündə iki dəfə bir və ya yarım stəkan içirlər. Dadını yaxşılaşdımaq üçün şəkər və ya şərbət qatmaq olar. 13 yaşında uşaqlara
¼ stəkan, 3-7 yaşındakılara isə yarım stəkan vermək olar. İtburnudan kompot, kisel və yarı bölüb toxumlardan təmizlədikdən sonra mürəbbə hazırlamaq olar. Onu təzə halda da yeyirlər. Sənayedə itburnudan poroşok , tabletka
və şərbət hazırlayırlar. Sarılığa qarşı
və ödqovucu kimi tətbiq edilən “Xolosas”, əsasən itburnu meyvəsindən hazırlanır. İtburnu xalq təbabətində qədimdən istifadə edilir. İtburnu soyuqdəyməyə, böyrək və qaraciyər xəstəliklərində, öd və sidikqovucu kimi tətbiq edilir. İtburnu çiçəyindən dəmənmiş çay qızdırmaya qarşı təsiredicivasitədir.
Çaytikanı
Qədimdən oynaq revmotizmi əleyhinə qan damarlarına xolesterin yığıldlqda,
ateroskleroroz, yolxucu mədə-bağırsaq,
əsəb pozğunluğu xəstəlikləri zamanı istifadə edilir.Meyvəsindən müalicə əhəmiyyəti olan müxtəlif şirə, dadlı ətirli kompot, kisel, mürəbbə, cem, jele, püre, povidlo,
marmelad, vitaminli çay, spirtli içki, nastoyka və likör hazılanır.
Müasir
dövrdə meyvəsindən bir çox xəstəliklərə qarşı, o cümlədən avitanminoz, göz, diabet,
qaraciyər,
hipertaniya və qanazığında
geniş istifadə
olunur. Meyvəsinin
yağı yaraların sağalmasını sürətləndirir,
dərini şüa zədələdikdə sağaldıcı təsir göstərir.
Meyvəsindən şəkər (3,5%), üzvi turşu (3,2%), zülallı
maddə (~6%), yağ (9%), toxumunda
12,5%, karotin provitamin A), A, B, B2, B6, C. E, K,P vitaminləri vardır.
Palıd
Azəbaycanda palıd ağacının növləri geniş yayılmışdır. Hələ eradan əvvəl xalq təbabətində palıdın müalicəsi əhəmiyyətli öyrənilmiş və onun köməyilə bir çox xəstəlilər müalicə edilmişdir.
Palıdın
cavan qabıqlarından tannin və tannalbin adlı dərman maddələri alınır.
Həmin dərman maddələri mədə-bağırsaq xəstəliklərində, qarın nahiyəsində şiddətli ağrılar zamanı,
dezinfeksiyaedici dərman kimi ishala və dezinteriyaya qarşı istifadə olunur. Həmin xəstəliklərin qarşısını almaq üçün hələ eramızdan çox əvvəl xalq təbabətində palıdın qabığını, çanağını,yarpaqlarını
dəmləyərək içmiş və həmin xəstəliklərin qarşısını almışlar.Palıdın
qurudulmuş qabığını, çanağını, qozasını çay kimi dəmləyərək bir çox xəstəlikərin müalicəsində qarqara kimi istifadə edirlər. Bu məqsədlə 10 qr qurudulmuş qabığı və ya başqa hissəni 200qr suda dəmləyərək qarqara etmək lazımdır. Palıdın qabığının
və ya çana hissəsinin dəmlənməsi ilə qliserinin qarışığından tər eleyhinə istifadə olunur. Yəni bədənin tərliyən nahiyəsinə həmin qarışıqdan sürtdükdə tərləmənin qarşısıı almaq mümkündür.Palıd
ağacı həm də ən yaxşı tikinti materialıdır.
O, yağışa, qara, rütubətə
olduqca davamlıdır.
Çilədağ
Qədimdə çıxıq, burxulma, sınıqlar
zamanı, şişlərdə. Fırlarda, ağrılarda istifadə olunurdu. Kökümsovlardan hazırlanan
toz çox əhəmiyyətidir.Oynaqlar arasına su yığılarkən və dəri yaraları zamanı bu bitkidən istifadə olunur. Dəridəki irinli yaraların və ekzemanın dərmanıdır. İstifadə qaydası: bitkinin tozu ilə kərə yağını qarışdırılıb gündə 2 dəfə yaraya sürülür.
Yovşan
Şərq xalqları bundan cövhər hazırlayaraq gün vurmuş xəstələrə içirib müalicə edərmişlər. Müalicə yovşanının gövdəsi budaqlanandıt, sıx yarpaqla
örtülüdür. Ondan hazırlanmış cövhər və
preparatlardan qan azlığı xənazir xəstəliklərində istifadə edirlər.O, həm qidanın tez həzminə, həm də zəhərli maddələrin öd kisəsindən qovulmasına kömək edir. Qurd xəstəliklərinə qarşı, əzilmiş yerlərin sağaldılmasında, sidik kisəsində qalmış daşların əridilməsində və eləcə də paralicə qarşı mübarizədə istifadə olunur. Sarılıq, qaraciyər, sidik kisəsi, dalaq, yuxusuzluq, ürəkkeçmə, qusma, ishal, tənginəfəslik, bədən boşluqların ayığılmış mayelərin və bir sıra bağırsaq xəstəliklərinin müalicəsində geniş surətdə tətbiq olunur.Müasir xalq təbabətində acı yovşanı mədə pozuntularının aradan qaldırılmasında, qəbizlikdə, qızdırmada, ürəkkeçmədə, qadın xəstəliklərində, qan azlığında, yuxusuzluqda,
öd kisəsi xəstəliklərində və eləc də piylənmə əleyhinə işlədilir.Tərkibində 0,5-2% göy-yaşıl rəngə çalan efir yağı var.
Antiparazitdir.
Cirə
Ancaq bir növü məlumdur. Əsasən Abşeronun bağ ərazilərində bitir. Öskürəyə və həzmə kömək edir. Cirəni yetişməyə başlayanda alt hissəsi kəsilir, qurudulur və belə istifadə edilir.Adi cirənin tərkibində cirə aldehidi və cirə turşusu var. Bundan əlavə bitkinin tərkibində 8-28% digər yağlar və zülallı maddələr var. Tibb elmində cirədən üyüdülmüş və sulu məhlul şəkildə, həmçinin ondan alınmş efir yağlarından
cürbəcür preparatların hazırlanmasında
istifadə
olunur. Bitkidən
bronxial xəstələrdə ösküək eəleyhinə vasitə kimi istifadə olunur. Cirənin preparatlarından mədə və bağırsağın fəaliyyətinin yaxşılaşmasında və meteorizmin aradan qaldırılmasında
istifadə
olunur.
Qatırquyruğu
Azərbaycanda 6 növü yetişir.çoxillikdir.
Talış dağlarında, Kür-Araz düzənliyində, rütubətli yerlərdə
bitir. Yayda yığılır. Yaş məhsul qurudulur və hər
100kq-dan 20kq quru məhsul alınır. Bataqlıq qatırquyruğunda kikatin mövcüddur. O zəhərlidir. Qatırquyruğu
bitkisinin tərkibində alkoloidlər, 3metoksipiridin,
dimetilsulfun, karotin, vitamin C var. Qatırquyruğu bitkisində tiaminazin fermentləri aşkar edilmişdir ki, bu da
atların uzun müddət bu bitki ilə yemlənməsi zamanı onların zəhərlənməsinə gətirib çıxardır. Bu ferment
vitamin B-ni yox edir. Qatırquyruğu bitkisinin preparatlarından qan dövranının
böyrək çatışmamazlığı üzündən pozulması zamanı və soyuqdəymə zamanı sidik qovucu vasitə kimi istifadə olunur. Qatırquyruğundan alınan
sulu məhlul və yağlı ekstrakt Babasil xəstəliyi zamanı qankəsici vasitə kimi istifadə olunur.
Dərman bitkilərinin qurudulması və sərgilənməsi;
Dərman bitkilərinin qurudulması və sərgilənməsi;
bu bitkiler bana biliik verdi
YanıtlaSilMene saxta gulunun koku koku lazimdi.sizde olar?
YanıtlaSil