Ekoloji Soyqırım


   Rayonumuzda ekologiya ilə əlaqədar görülən tədbirlər.
1)      İsmayıllı !qoruğunun yaradılması...
2)       Rayonumuzun şimal hissəsi Şahdağ Milli parlına daxil edilmişdir.-2010-cu il
3)      Rayonumuzun ərazisində zibil istehsal edən zavod inşa edilmiş-2010-cu il. Zibil daşıyan və süpürən maşınlar gətirilmişdir.
4)      Rayonumuzun Şəhər hissəsində kanalizasiya şəbəkəsi çəkilir-2013-2014

Xalıqlı Şaiq


5)      Aqrar Sənaye Kompleksində kimya birliyi nəzdində FİTOMELASİYA şöbəsi yaradılması, kənd təsssərrüfatı məhsullarına nəzarəti ekoloji cəhətdən yoxlamaq üçün texnika gətirilmişdir.-2013

   Ülkər Pirəlizadə
"Bazarda ekoloji vəziyyət"


Bilal
Atalar deyib ki at əngivə çıxsın rəngivə:
                                    
                            

             2013-cü ildə ən böyük sevinc bəxş edən qərarlardan bibr və birincisi Qəbələdə Rusiya Federasiyasına məxsus olan Radiolakasiya stansiyasının bağlanmasıdır. Bu stansiyanın ölkəmizə vurduğu ziyan haqqında bir az geniş məlumat vermək istərdim. Bunu “Ekoloji Soyqırım” da adlandırmaq olar.

Ekoloji Soyqırım
N.Məcidova.
            Haqqında söhbət gedən bu araşdırmaların nəticələrinə keçmiş SSRİ DTK-sı sonralar isə Rusiya FTX tərəfindən “məxfidir” qrifi qoymuşdur. Bu gün bizim hökümət komisiyası üzvləri və Azərbaycan ekspertləri qrupu tərəfindən təsdiqlənən bu sənədlərlə tanış olmaq imkanımız var.
            Söhbət Azərbaycanın Qəbələ rayonunda yerləşən Rusiya hərbi obyekti haqqında-radiolokasiya stansiyası (RLS) haqqında gedəcək
            Radiolokasiya stansiyası nədən ötrü tutulub?
            Keçmiş SSRİ-də bu tipdə 9 stansiya vardı. Qəbələ (Bakıdan 300 km-ə yaxın qərbdə) və Mukaçevo (Ukrayna) RLS-lər bu qəbildən sonuncular idi. Qəbələ stansiyası öz texniki parametrlərinə və əlverişli yerinə görə bu gün də dünyada bənzəri yoxdur. O, keçmiş SSRİ, indi isə Rusiya üçün HHM sistemində ən mühüm stansiyalardan biridir.
            1984-cü ildə istifadəyə verildiyi vaxtdan bu günədək Rusiyanın bu radiolokasiya sistemi İran, Türkiyə, Çin, Pakistan, İraq, Avstraliya eləcə də Afrika ölkələrinin böyük qismi, hind və Atlantik okeanlarındakı adaların ərazilərinin nəzarətdə saxlayır. Qəbələ RLS yerin cənub yarımkürəsində qitələrarası ballistik raketlarin mümkün buraxılışını izləməklə, Rusiyanın nüvə təhlükəsizliyini təmin edir.
            Hind okeanındakı sualtı qayıqdan buraxılan raket Qəbələ stansisında komanda mərkəzinin monitorunda həmin anda qeydə alınır. RLS aparaturası avtomatık məlumatları təhlil edir və onun texniki xarakteristikalarını: uçuş sürətini, döyüş başlığının qüvvəsini, uçuş yerini, düşmə trayektoriyasını və zəebə endirilən nöqtəni göstərir. Sonra bu informasiya kodlaşdırılmış formada RF müdafiə Nazirliyi Baş qərargahına və şəxsən Rusiya prezdentinə ötürülür.
            Bu hərbi oyektə Rusiyanın iki minə yaxın hərbi qulluqçusu xidmət edir.Zabit və prapoşiklər arasında müqavilə əsasında burada işləyən Azərbaycan vətəndaşları da vardır. Stansiyanın maliyyləşdirilməsi ( maaşlar, xüsusi geyim və s) Rusiya tərəfindən təmin edilir.
            RLS Azərbaycana gərəkdirmi?
            RLS- in ərazisi 210 ha –dır, üstəgəl RLS – in fəaliyyəti nəticəsində zibilxanaya çevrilmiş 30 ha-lıq torpaq. Stansiyanın lahiyə gücü 350 meqavatdır, lakin ondan tam şəkildə istifadə etmək mümkün düyil, belə ki, hətta 1984 –cü ildə 300 meqavatlıq güc işə  salınarkən, 1 ha sahəsi olan ərazi başdan – başa yanmışdı.
             Yüksək gərginlikli xətt çəkilərkən, 400 ha-dan çox meşə məhv edilmişdir. Bunla yanaşı, stansiyanın istismarı nəticəsində minləecə qiymətli ağaclar artıq məhv olmuş və məhv olmaqdadır. Onlar rütubət çatışmamazlıqı üzündən quruyub gedirlər. 16 dərin artezan quyusu qazıldıqdan sonra torpaqda su fəlakətli dərəcədə azalmağa başlamışdır. Bu quyular yüksək temperatur altında işləyən RLS aparaturasını soyutma sistemini fasiləsiz sürətdə təmin etmək üçün lazımdır. Stansiyanın yalnız bircə ssatlıq işi 300-400 kub.metr su tələb edir.
            Sonra bu işlənmiş su hər hansı kimyəvi və bioloji təmizlənmədən  keçmədən RLS-in yerləşdidy dağın yamacına, oradan isə aşağıdakı çaylara axıdılır. Əvvəllər yerli sakinlər bu balaca çaylarda qızıl balıq tutardılar. Bəlli olduğu kimi, bu balıqlar yalnız təmiz sularda olur. İndi isə bi sularda qurbağaya da rast gəlməzsən-bu texniki sularda canlı olan hər şey məhv olmuşdur.
            Bu hələ fəlakətin yarısıdır. Əsas təhlükə bundan ibarətdir ki həmin çaylar Göyçay və Ağdaş rayonlardakı çayların məcrasına axır. Bu bəlkə də yerli əhli həmin sulardan təkcə məişət ehtiyatları üçün düyil, həm də içməli su kimi istifadə etməyə məçburdur.
            Stansiyada bəzi cihazlar si ilə, bəziləri xüsusi ekoloji təhlükə təşkil edən frion maddəsinin köməyi ilə soyudulur. Sübut edilir ki, ozon təbəqəsini əsas kütləsinin – Yeri günəşın ultrabənövşəyi şüalarının təsirindən qoruya ozonsferi məhz həmin qaz dağıdır. RLSaparaturasını yalnız bircə dəfə soyutmaq üçün 285 t frion işladilir. Bu qaz isə ozon təbəqəsini digər maddələrdən 500-600 dəfə sürətlə dağıdır. Bir sıra dövlətlər friondan istifadəni yasaqlayan protokol imzalayıblar. Rusiya isə bu müqaviləni yrinə yetirmir. Hələ 90-cı illərin əvvəllərində Qəbələ Rayon İcra Hakimiyyətinin keçmiş başçısı , indi isə Ekoloji Araşdirmalar Mərkəzinin sədri Eldəniz Yusubov həyəcan təbili çalmışdı. Dövlət Ekologiya Komitəsisnin rəhbərliyi də diqqəti stansiyanın törətdiyi təhlükəyə yönəltmişdi. Lakin bütün səylər əbəbs olmuşdur.
            Yalnız üstündəbğn 2 il keçəndən sonra, 1992-ci ildə Milli Məclis hakimlardən, kimyaçılardan, bioloqlardan və digər peşə sahiblarindən ibarət (60 nəfərlik) xüsusi  hökümət komisiyası yaratmışdı. Bu komisiya araşdırmalar aparılmalı və Qəbələ RLS-in yerli əhlinin sağlamlığına və ətraf mühitə nə cür təsir göstərdiyi  aydınlaşdırılmalı idi. Araşdırmalar 3 istiqamətdə aparıldı: RLS elektromaqnit sahəsinin təsir zonasını müəyyənləşdirmək; insane  orqaniziminə  və onun kinetik aparatına onun təsir dərəcəsinin müəyynləşdirmək; RLS-in flora və faunaya təsiri
            Aydın olmuşdur ki, RLS ərazisində və ona bitişik yaşayış məntəqələrinə elektromaqnit sahəsinin orta gərginliyi yol verilən normadan 3-5 dəfə artıqdır. Bir vaxtlar təhlükəsizlik normaların laqeydlik və 2 meqavatdan çox  gücdə olan ötürücülərin texniki sənədlərdə nəzərdə tutulduğu kimi yaşayış məntəqələrindən 60-65 km məsafədə deyil, bilavasitə onların yaxınlığında yerləşdirilməsi buna xeyli dərəcədə kömək etmişdir.
            Doğum faizi-0?
            Elektromaqnit dalğalarının təsir zonasında meyvə ağacları qurumuş, həşəratlar, quşlar və heyvanların sayı son dərəcə azalmışdır. Orada hətta torpaq belə dəyişir-qumusun-onun məhsuldar təbəqəsinin səviyyəsi azalmışdır. Qəbələ rayonunda ətraf mühit sulfitlərlə yoluxmuşdur. Araşdırmalar göstərmişdir ki, RLS-in təsiri üzündən bu rayonda canlı olan hər şeyin genetik aparatının işi pisləşir.
            İndi isə adamlar haqqında. Ekspertlər radiolokasiya stansiyanın istismarına başlamazdan əvvəlki  və sonrakı dövrlərdə yerli əhalinin xəstəlik və ölüm faizləri haqqında tibbi-bioloji testlərin, statistik məlumatların nəticələrini müqayisə etmışlər. Qəbələ RLS istifadəyə verilməzdən əvvəl doğum faizi 6,1 idi, buraxılışdan sonra isə bu, 1,7 faizədək azalmışdır. Əhalinin ölüm faizi isə 7,1 faiz artmışdır.
            RLS-in işlədiyi zaman ərzində, rəsmi statistikaya görə, qan dövranı xəstəliklərin sayı (2,3 dəfə), mərkəzi əsəb sistemi xəstəlikləri (7,8 dəfə) böyrək xəstəlikləri (8,5 dəfə), endokrin sistemi xəstəlikləri (3 dəfə) artmışdır.
            Bir sözlə RLS-in təsir zonasında bütün xəstəlik qrupları üzrə ümumi səviyyə RLS ərazisindən uzaqda yerlışın yaşayış məntəqələri ilə müqayisədə 2,8 dəfədən çox artmışdır.
            Və nəhayət uşaqlar. Əlil və eybəcər uşaqlar 4 dəfə doğulmağa başlayıb. Yaxınlıqdakı kəndlərin sakinləri həyəcan və təəccüb içində danışırlar ki, gənc ailələrin çoxu uşaqsızlıq ucbatından dağılır.
            Rayon doğum evinin baş həkim mətbuata yeni doğulanların analizlərinin nəticələri ilə çıxış edərək bunu təsdiqləmişdir: təkcə keçən il doğulan oğlan uşaqlarının yarıdan çoxu nəsil artırmaq qabiliyyətində olmayacaq.
            E.Yusubovun dediyinə görə, ekoloji araşdırma mərkəzinin əməkdaşları Qəbələ rayonunda bir çox illər ərzində doğum üzrə statistik məlumatları diqqətlə öyrənərək, bu nəticəyə gəliblər ki, 2000-2003-cü ildə Rusiya hərbi obyektlərin 8-10 km aralıda yerləşən Əmirvan kəndində doğum həddi sıfra düşəcək.
            Və bu proqnoz özünü doğrultmağa başlayıb- doğum azalır, ölüm isə artır. Özü də adamlar əksərən payızda və yazda ölürlər-ilin məhz bu çağlarında tez-tez düşən güclü dumanlar üzündən radiolakasiya stansiyası maneəi dəf etməkdən ötrü öz qüvvəsini artırır və o vaxt ətrafda olan hər şəy sözün hərfi mənasında elektormaqnit sahəsinə qərq olur . Bu zaman ilk növbədə tənəffüs və ürək-damar sistemi əziyyətğ çəkir .
Qəfil ölümlərin özü də yaşdan asılı olmayaraq baş verən ölümlərin sayını artması bununla izah edilir . Ciyər və ürəkdamar sistemi hələ möhkəmlənməmiş olduğundan uşaqlar daha çox ziyan çəkir . Onlar ürəyin qəfil dayanmasından yaşlılardann daha çox tələf olurlar . Bu kəndlərin hər birində uşaq qəbirstanlıqlarının sahələri böyüməkdədir .
Bu adamlar üzərində eksprimentdən başqa bir şey adlandırmaq , - deyə E.Yusubov bildirmişdir. Başqa sözlə desək bu ekoloji soyqırımdır . Keçən il biz son illər ərzində doğum , ölüm və anormal uşaq doğuluşu faizi haqqında sorğu ilə Qəbələ rayon mərkəzi xəstəxanasına müraciət etmişdik . Lakin bu məlumatları ala bilmədik . Bizə bildirdilər ki , bir çox illər ərzində toplanmış arxiv...-“naməlum səbəblar üzündən yanmışdır”.
Ekspert qrupu belə bir rəy vermişdir. “bu rayonda ətraf mühitin sağlamlaşdırılması üzrə təcili tədbirlər keçirmək gərəkdir, bunun mümkün olmadığı təqdirdə obyekt  heç bir qeyd- şərt qoymadan bağlanmalıdır.
 Hələ  1992-ci ildə Dövlət Hidrometeorologiya Komitəsi RLS-in təsir zonasında yerləşən bir neçə  kəndin sakinlərini təhlükəsiz zonalara köçürməyin məqsədəuyğunluğu haqqında qərar çıxartmışdır. Bu xüsusi ilə RLS-dən cəmi 8 km aralıda yerləşən Əmirvan kəndinə aiddir. Həmin vaxtdan artıq  6 il  keçib, bu illər ərzində təkcə ətraf-mühitin sağlamlaşdırılması üzrə tədbirlər deyil  həm də araşdırılmaların bütün nəticələri “dəfn edilmişdir”
 Yeri gəlmişkən , RLS inşa edilənədək Əmirvan kəndində əsasan ləzgilər və ermənilər yaşayırdılar SSRİ müdafiə naziri və DTK –nın xüsusi layihələşdirmə komissiyasının üzvləri arasında bir neçə yüksək mənsəbli erməni məmur olmuşdur .Onlar kəndə gələndə Əmirvanın erməni əhalisi bu adamları dəm-dəzgahla qarşilamışdır . İddia edə bilmərik ki , erməniləritəhlükə ilə qonşu olmaları barədə xəbərda etmişdilər .   Lakin fakt – faktlığındaqalır:  hələ stansiyaların təməlləri qoyularkən . bütün erməni əhalisi təcili olaraq “təxliyyə edilmişdir”. O vaxt belə kütləvi köçürmə çoxlarında təəccüb doğurmuşdu.
  RLS kimə məxsusdur?
 Nə qədər paradoksal olsa da bu indiyədək aydın deyil.
 1991-ci ildə Azərbaycanın o vaxtkı prezidenti A.Mütəllibovun fərmanı ilə ölkə ərazində yerləşən hərbi obyektlər və qurğular dövlət mülkiyyətinə verilmişdi. 1992-ci il aprelin 8-də Milli Məclis bu qərarı təsdiq etmişdi.
 Sonra keçmiş müdafiə naziri Rəhim Qazıyev Qəbələ RLS-in 25 illiyinə Rusiyanın istismarına verilməsi haqqında müqaviləni özbaşına imzalamışdı. Bu sənədinm huquqi qüvvəsi yoxdur. Ona görə də MM-in söz gedən qərarı qüvvədə qalır- həmin vaxtdan bu qərara yenidən baxılmamışdı.
 Lakin problem təkcə bunda deyil. Stansiyanın varlığı 1972-ci il mayın 26-da SSRİ və ABŞ arasında bağlanmış raketlərə qarşı müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında sazişin 3-cü və 9-cu bəndlərinə ziddir. Həmin müqavilənin 9-cu bəndinə əsasən SSRİ və ABŞ öz milli ərazilərinin hüdudlarından kənarda bu qəbildən obyektlər yerləşdirməməlidir.
3-cü bəndə əsasən tərəflərdən hər birinə 2 rayonda belə bir obyekt yerləşdirməyə icazə verilir: a) ölkə paytaxtının mərkəzindən 150km radiusdakı rayonda, b) qitələr arası raketlərin yerləşdirildiyi rayonun yaxınlığında  150km-lik radiusdakı ərazidə.
 Əgər RLS bizim mülkiyyətdirsə və ondan Rusiya istifadə edirsə deməli biz bu obyekti icarəyə verərək ondan haqq götürməliyik. Onun yalnız 1 illik istismarı 1.500 min kub.m təbii qaz, 600 ton maye yanacaq 1400 ton mazut və 400 min kub.m su tələb edir.
 Misal üçün Qazaxıstan büdcəsinə hər il Baykonur kosmodromunun istismarı müqabilində Rusiyanın   ğdəndiyi  icarə haqqı hesabına 115 milyon dollar daxil olub. Onun ərazisindəki hərbi obyektlərin icarəsi müqabilindəRusiya eyni məbləğ Ukrayna da ödəyir.
RLS müqabilində bizə də pul ödənirmi və nə qədər ödənir bəlli deyilk.
 R.S 1995-ci ildə RLS-in istismarının qarantiya müddəti bitmişdir. Lakin  bir sıra texniki işlərdən  sonra onun istismar müddəti 2000-ci ilədək uzadılmışdır.






Hiç yorum yok:

Yorum Gönder